CƏMİYYƏT


Latviya və Azərbaycan bələdiyyələri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Riqa, 11 sentyabr, AZƏRTAC 

Latviya Yerli və Regional Özünüidarəetmə Assosiasiyasının sədri Gints Kaminskis və səhiyyə və sosial məsələlər üzrə müşaviri İlze Rudzite Azərbaycanın yerli özünüidarəetmə orqanlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Suraxanı Rayon İcra Hakimiyyətinin təhsil və sosial məsələlər departamentinin əməkdaşları da olub.

Görüşdə Latviya və Azərbaycan bələdiyyələri arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Riqa, Yurmala, Yeqabpils və Preyli şəhərlərində də yerli bələdiyyələrin fəaliyyət prinsipləri ilə tanış olublar.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.