CƏMİYYƏT


Latviya və Litvanın nümayəndə heyəti Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanış olub

Bakı, 25 may. AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunda Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Nəzarəti Xidməti və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onun tabeliyində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərdiyi qeyd olunub.

İnstitutun tabeliyində olan laboratoriyalarda infrastruktur beynəlxalq standartlar səviyyəsində qurularaq, ən müasir avadanlıqlarla təchiz edilib, eyni zamanda, burada qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsi sahələrində dəqiq müayinə və analizlər həyata keçirilir.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair məsələlər müzakirə olunub. Dinamik inkişafa əsaslanan əməkdaşlıq münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin faydalı olacağı vurğulanıb.

Nümayəndə heyəti Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasında olub. Qonaqlar laboratoriyada fitopatologiya və genomolekulyar diaqnostika, karantin ekspertiza, fitopatologiya və genomolekulyar diaqnostika bölmələrinə baxış keçirib, entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizaların aparılması prosesini izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.