ELM VƏ TƏHSİL


Latviyada Azərbaycan dilinin tədrisi mərkəzi açılıb

Riqa, 5 dekabr, AZƏRTAC

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, ölkəmizin Latviyadakı səfirliyi və Riqada fəaliyyət göstərən “Ocaq” Azərbaycan diaspor cəmiyyəti tərəfindən bu ölkədə yaşayan azərbaycanlı icmasının gənc üzvləri arasında ana dilinin qorunub saxlanması və təkmilləşdirilməsi, həmçinin Azərbaycan dilinin yerli və əcnəbi vətəndaşlar üçün xarici dil olaraq tədrisinə qərar verilib.

Bu məqsədlə “Ocaq” cəmiyyətinin nəzdində Azərbaycan dilinin tədrisi məktəbi açılıb.

Azərbaycan səfirliyinin nəzdində, Latviya Universitetinin Akademik Kitabxanasında yaradılmış “Azərbaycan Mədəniyyət-informasiya mərkəzi – Azərbaycan guşəsi”ndə keçirilən Azərbaycan dili kurslarının açılış mərasimində səfir Cavanşir Axundov iştirak edib.

Diplomat Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanını rəhbər tutaraq, ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliği, ana dilimizin qorunub saxlanması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi üçün açılan kursların işinə və iştirakçılarına uğurlar arzulayıb.

Məktəb səfirlik tərəfindən müvafiq dərs vəsaitləri ilə təmin olunub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.