DÜNYA


Latviyada COVID-19 infeksiyasına görə gündəlik test sayı 8 minə çatdırılacaq

Riqa, 29 oktyabr, AZƏRTAC

Latviya hökuməti COVID-19 infeksiyasına görə test imkanlarını 60 faiz artırmaq və 7-12 sinif şagirdləri üçün distant təhsilin müddətini uzatmaq barədə qərar qəbul edib.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Latviyanın Baş Naziri Krişyanis Karinş söyləyib.

Bildirilib ki, hökumət bu həftənin sonuna qədər COVID-19 infeksiyasına görə test imkanlarını 60 faiz (günə 8000-ə qədər test) artırmaq barədə qərar qəbul edib və gələcəkdə də koronavirus infeksiyasına görə test imkanlarının artırılması planlaşdırılır.

Baş Nazir bildirib ki, bundan başqa hökumət 7-12 sinif şagirdləri üçün distant təhsilin müddətini 15 noyabr tarixinədək uzadır.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.