DÜNYA


Latviyada “Kölgələr günü” keçirilir

Bakı, 13 fevral, AZƏRTAC

Bu gün Latviyanın hər yerində “Kölgələr günü” – illik karyera proqramı təşkil olunacaq. Layihə çərçivəsində məktəblilər təşkilat və müəssisələrə gedəcək, onları maraqlandıran peşələr haqqında daha çox məlumat toplayacaqlar.

AZƏRTAC Latviyanın LETA Agentliyinə istinadla xəbər verir ki, “Kölgələr günü”ndə məktəblilər uğurlu karyera qurmaqdan ötrü hər bir mütəxəssis üçün zəruri bilik və bacarıqlarla tanış ola biləcəklər.

Ötən il “Kölgələr günü”ndə iştirak edən 1542 işəgötürən məktəblilərə 8044 mütəxəssisin “kölgəsi” olmağı təklif ediblər. Şagirdlərdən qəbul edilən müraciətlərin sayı isə 49 min təşkil edib. Proqramçı, həkim, radio diktoru, bort baxıcısı kimi peşələrə məktəblilər arasında daha çox tələbat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.