DÜNYA
Latviyada bu ayın sonunda qeyri-adi aviareysin həyata keçirilməsi nəzərdə tutulur
Riqa, 13 oktyabr, AZƏRTAC
Latviyada oktyabr ayının sonunda “Riqa” hava limanından qeyri-adi Riqa-Riqa istiqamətində aviareysin həyata keçirilməsi nəzərdə tutulur. Sərnişinlərə ölkənin Kurzeme şəhəri üzərində qısamüddətli uçuş həyata keçirmək təklif olunur.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, aviareys “AirBaltic” şirkətinə məxsus “Airbus A220-300” təyyarəsi ilə həyata keçiriləcək.
Reysin təşkilatçıları “Balt-Go” və “AirBaltic” turizm agentlikləridir. Oktyabrın 25-də yerli vaxtla 17:15-də yerinə yetirilməsi planlaşdırılan uçuşun müddəti saat yarım təşkil edəcək.
Bildirlilib ki, uçuş zamanı sərnişinlərə restoran yeməkləri təklif ediləcək və hava şəraiti imkan verərsə, təyyarə uçuş hündürlüyünü 900-1000 metrədək azalda biləcək ki, bununla da təbiətin gözəlliyini daha yaxından seyr etmək mümkün olacaq. Təyyarə Pavilosta şəhəri səmasında olarkən sərnişinlər Baltik dənizi üzərindən günəşin qürub etməsindən zövq ala biləcəklər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]