CƏMİYYƏT


Latviyada diaspor nümayəndələri üçün yay düşərgələri təşkil olunub

Riqa, 27 may, AZƏRTAC 

Latviyada fəaliyyət göstərən “Amber dənizi sahilində” uşaq düşərgəsində bu ölkədə yaşayan diaspor nümayəndələri üçün istirahət təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Norveçdəki Latviya Cəmiyyəti və Liepai şəhər şurasının birgə əməkdaşlığı ilə iyulun 12-dən 21-dək təşkil olunan düşərgə Qrobinya şəhərində yerləşəcək.

İrlandiya, Norveç və Azərbaycan diasporundan və Latviyadan olan uşaqlar üçün yaradılmış düşərgənin əsas məqsədi yerli və sonradan yaşamağa gəlmiş uşaqlar arasında dostluğun yaradılmasıdır. Dövr ərzində düşərgədə 15 latış, 15 irland, norveçli və azərbaycanlı uşaq olacaq. 10 gün ərzində onlar üçün mədəni və idman tədbirləri, ekskursiyalar, film axşamları, istedadlar şousu və digər maraqlı aktivliklər təşkil olunacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.