İDMAN


Latviyada gənclər kubokunda Azərbaycanın stolüstü tennisçiləri də mübarizə aparacaqlar

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 14-dən 17-dək Latviyanın paytaxtı Riqada stolüstü tennis üzrə gənclər kuboku keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlarda məşqçilər Fərhad İsmayılovun və Sabina Batmanovanın rəhbərliyi ilə qızlardan Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Mehriban Dadaşova, Mərziyyə Nurmatova, Arzu Aslanova, Zemfira Mikayılova mübarizə aparacaqlar.

Oğlanların yarışında isə Azərbaycanı Emin Məmmədov, Məhəmməd İbrahim Ansari, Kənan Pənahov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn İbrahimov təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.