DÜNYA


Latviyada hökumətin yeni tərkibi təsdiq edilib

Riqa, 24 yanvar, AZƏRTAC

Latviyanın yeni Baş naziri Krişyanis Karinyş hökumətin tam tərkibini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, yeni Baş nazir parlamentdə ən azsaylı fraksiyanın – “Yeni birliyin” nümayəndəsidir. Onun namizədliyinin lehinə Seymin 61 deputatı, əleyhinə isə 39 nəfər parlament üzvü səs verib.

Baş nazir Krişyanis Karinyş 1964-cü ildə ABŞ-da anadan olub, evlidir və dörd uşağı var. O, Birləşmiş Ştatların Pensilvaniya Universitetini linqvistika üzrə humanitar elmləri bakalavr dərəcəsi ilə bitirib. İxtisasca linqvistdir.

Karinyş 2002-ci ildə “Yeni zaman” partiyasından Seymin deputatı seçilib. O, 2014-cü ildə təkrar olaraq Avropa Parlamentinə seçilib və burada Avropa Xalq Partiyasının sənaye, tədqiqatlar və energetika Komitəsinin əlaqələndiricisi funksiyasını yerinə yetirir. Karinyş, həmçinin iqtisadiyyat və valyuta məsələləri üzrə parlament Komitəsinin sədrinin müavini və Latviyanın Avropa Xalq Partiyası qrupunda nümayəndəliyinin rəhbəridir.

Yeni Baş nazir Avropa İttifaqının Azərbaycan, Gürcüstan və Ermənistanla parlamentlərarası əməkdaşlıq komitələrinin üzvüdür.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.