DÜNYA


Latviyada istehsal qiymətlərində artım Aİ üzrə orta göstəricidən yüksək olub

Latviyada istehsal qiymətlərində artım Aİ üzrə orta göstəricidən yüksək olub

Riqa, 7 aprel, AZƏRTAC

Latviyada sənaye məhsullarının istehsal qiymətləri cari ilin fevral ayında ötən ilin analoji dövrü ilə müqayisədə 33,7 faiz artıb. Bu da Avropa İttifaqı (Aİ) və avrozona üzrə orta göstəricidən yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Aİ-nin statistika agentliyi “Eurostat” yayıb.

Bildirilib ki, Aİ ölkələri arasında istehsal qiymətlərində ən sürətli artım İrlandiyada 63,4 faiz, Rumıniyada 57,7 faiz, Danimarkada 53,8 faiz təşkil edib. Baltikyanı ölkələrdən Estoniyada istehsal qiymətlərində 39,3, Litvada isə 32,2 faiz artım qeydə alınıb. Ümumiyyətlə istehsalçı qiymətlərində artım bütün Aİ ölkələrində müşahidə edilib.

Qeyd edilib ki, Aİ-də istehsal qiymətləri ötən ilin fevral ayı ilə müqayisədə orta hesabla 31,1 faiz, avrozonada 31,4 faiz artıb.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.