DÜNYA


Latviyada koronavirusa yoluxan 1 şagirdə görə bütün sinif karantinə alınıb

Riqa, 9 sentyabr, AZƏRTAC 

Latviyanın TV3 kanalının məlumatına görə, ölkə məktəblərinin birində yeni tədris ilinin əvvəlində SARS-CoV-2 virusuna yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, “LETA” agentliyi telekanala istinadla şagirdlərdən birinin koronavirusa yoluxduğu barədə məlumat verib.

Xəstəliyin Profilaktikası və Nəzarəti üzrə Mərkəz koronavirusa yoluxma faktının qeydə alındığı məktəbin adını gizli saxlayıb. Epidemioloqlar virusa yoluxmuş şagirdin təmasda olduğu şəxsləri müəyyənləşdiriblər.

Koronavirusa yoluxma şübhəsi ilə saxlanılanlar virusa yoluxmuş şagirdin birgə təhsil aldığı sinif yoldaşları (14 nəfər) və müəllimləridir (üç nəfər). Onların hamısı karantinə alınıb və ailə həkiminin nəzarəti altındadırlar. Məktəbdə epidemioloji araşdırma davam edir.

Xəbər verildiyi kimi, cari tədris ilində Latviyada məktəblərin 82 faizi əyani, 18 faizi qismən əyani və qismən distant tədris formasına üstünlük veriblər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.