DÜNYA


Latviyada koronavirusa yoluxanların sayı 10 mini ötüb

Riqa, 15 noyabr, AZƏRTAC

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 395 nəfər artaraq 10231-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 534 min 708 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 6442 nəfərdən analiz götürülüb.

Yeni növ koronavirusdan 121 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1515-dır. Yoluxma hallarının artacağı istisna olunmur.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.