DÜNYA


Latviyada koronavirusa yoluxanların sayı artıb

Riqa, 18 fevral, AZƏRTAC

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 946 nəfər artaraq 78 min 643-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 392 min 143 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 12 min 251 nəfərdən 946-nın testinin nəticəsi müsbət çıxıb.

Ölkədə son sutka ərzində COVID-19-dan 22 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 66 min 208 nəfər təşkil edir.

Latviyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.