DÜNYA


Latviyada koronavirusa yoluxma hallarının qeydə alındığı təhsil müəssisəsinin adları gizli saxlanılacaq

Riqa, 10 sentyabr, AZƏRTAC 

Bundan sonra hər hansı bir təhsil müəssisəsində COVID-19-a yoluxma halları qeydə alınarsa, həmin müəssisənin adı gizli saxlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə naziri İlze Vinkele açıqlama verib.

“Məktəbin adının hallanmasının əlavə bir faydası yoxdur”, – deyə o bildirib.

İ. Vinkelenin sözlərinə görə, bu, gərəksiz ajiotaja səbəb olacaq və epidemioloqların məsləhətlərinə müvafiq olaraq məktəblərdə aparılan epidemioloji nəzarətə və dəyişikliklərə qətiyyən kömək etməyəcək.

Xəbər verildiyi kimi, yeni tədris ilinin başlaması ilə məktəblərin birində şagirdin COVID-19-a yoluxması halı qeydə alınıb. Təhsil və elm naziri İlqa Şuplinska bir neçə gün əvvəl yeni tədris ilində məktəblərin 82 faiznin əyani, 18 faiznin isə birləşdirilmiş formada dərs keçəcəyi barədə məlumat vermişdi.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.