DÜNYA


Latviyada məktəblilərin daşınması üçün elektrikli avtobusların istehsalı müzakirə olunur

Riqa, 28 aprel, AZƏRTAC

Latviyada məktəblilərin daşınması məqsədilə elektrikli avtobusların istehsalının mümkünlüyü barədə mühəndis Andris Dambislə danışıqlar aparılır.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə Latviyanın maliyyə naziri Yanis Reyrs hökumətin və sosial tərəfdaşların iclasında deyib.

Bildirilib ki, Latviya Avropa İttifaqının (Aİ) bərpa fondundan 1,82 milyard avro məbləğində vəsaitin ayrılması məqsədilə Avropa Komissiyasına müraciət etməyi planlaşdırır. Nazir məktəblilərin daşınması məqsədilə elektrik avtobuslarının alınmasına 10 milyon avro vəsait ayırmağı planlaşdırdığını və bu layihənin Aİ-nin bərpa fondundan milli və regional əhəmiyyətli yolların inkişafına 100 milyon avro sərmayə yatırmaq planları ilə bağlı olduğunu qeyd edib.

Y.Reyrs elektrik avtobuslarının istehsalı və tədarükünün onların tədqiq edilməsi üzrə təcrübəsi olan A.Dambislə müzakirə edildiyini qeyd edib. Nazir mühəndislə aparılan danışıqların təfərrüatlarını açıqlamasa da, onun layihəyə maraq göstərdiyini vurğulayıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.