Latviyada ötən həftə 176 nəfərin vaksinasiyası tamamlanıb
AzerTAg.az
Riqa, 16 fevral, AZƏRTAC
Latviyada ötən şənbə günü COVID-19-a qarşı vaksinin ilkin dozasını 223 nəfər, ikinci dozasını isə 176 nəfər qəbul edib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Latviya Milli Səhiyyə Xidməti yayıb.
Bildirilib ki, ötən ilin dekabr ayının sonundan başlanan vaksinasiya prosesi çərçivəsində 20 min 833 nəfər peyvənd olunub, o cümlədən 16 min 183 nəfərin vaksinasiyası tamamlanıb.
Xəbər verildiyi kimi, Latviyada vaksinasiyaya ilk olaraq tibb işçiləri və tibb müəssisələrinin digər işçiləri cəlb edilib, vaksinasiya sosial qayğı mərkəzlərində fevralın 10-dan etibarən həyata keçirilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Xəbərin mətnində orfoqrafik səhv var