DÜNYA


Latviyada parlament seçkilərində rusiyayönümlü “Soqlasiye” sosial-demokrat partiyası liderlik edir

Riqa, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də, yerli vaxtla saat 6:00-da Latviya Seyminə seçkilər başa çatıb. Son olaraq ABŞ və Kanadadakı seçki məntəqələri səsvermə üçün bağlanıb.

1078 seçki məntəqəsindən 1049-da səslərin hesablanmasının nəticəsinə görə, “Soqlasiye”, KPV LV və Yeni Mühafizəkar Partiya (NKP) liderlik edir.

“Soqlasiye” partiyasına 166 min 254 nəfər və ya seçicilərin 19,97 faizi, KPV LV partiyasına 117 min 238 nəfər və ya seçicilərin 14,08 faizi, Yeni Mühafizəkar Partiyaya 113 min 045 nəfər və ya seçicilərin 13,58 faizi, “İnkişaf uğrunda!” partiyasına 99 min 836 nəfər və ya seçicilərin 11,99 faizi, VL-TB/DNNL partiyasına 91 min 788 nəfər və ya seçicilərin 11,03 faizi, SZK partiyasına 82 min 965 nəfər və ya seçicilərin 9,96 faizi, “Yeni Birlik” partiyasına 55 min 454 nəfər və ya seçicilərin 6,66 faizi səs verib.

Qalan partiyalar Seymə keçmək üçün zəruri olan beş faizlik həddi aşa bilməyiblər. Latviya Regionları Birliyinə 34 min 428 nəfər və ya seçicilərin 4,13 faizi, Latviyanın Rus İttifaqına 26 min 907 nəfər və ya seçicilərin 3,23 faizi səs verib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.