DÜNYA


Latviyada təhsil müəssisələrində COVID-19-a yoluxma halları sayı artır

Riqa, 23 sentyabr, AZƏRTAC

Latviyada təhsil müəssisələrində COVID-19-a yoluxma halları sayı artır. Latviya Universiteti də daxil olmaqla yeddi təhsil müəssisəsində COVID-19-a yoluxma faktı aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Mərkəzdə Yoluxucu Xəstəliklərin Risk Təhlili və Profilaktikası Departamentinin rəhbəri Yuri Perevoşikov açıqlama verib.

Y. Perevoşikovun sözlərinə görə, Riqa Dumasının Təhsil, Mədəniyyət və İdman Departamentindən verilən məlumatına əsasən, son günlərdə Vetsmilqravis şəhərində yerləşən Rinuji orta məktəbində və “Blazminya” məktəbəqədər təhsil müəssisəsində COVID-19-a yoluxma halları da qeydə alınıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.