ELM VƏ TƏHSİL


Latviyada təqaüd proqramlarına müraciət ən çox Azərbaycan vətəndaşlarından daxil olub

Riqa, 19 aprel, AZƏRTAC

Latviyada 2019/2020-ci tədris ili üçün təhsil və tədqiqatlar məqsədilə ayrılan dövlət təqaüdlərinə müraciətlərin qəbulu yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, budəfəki təhsil ilində ən çox müraciət Azərbaycan vətəndaşlarından daxil olub. Ümumilikdə, Azərbaycandan 44 müraciət qeydə alınıb. Ukrayna və Özbəkistandan bərabər sayda - 42 müraciət daxil olub.

Bu il Latviyanın Təhsilin İnkişafı üzrə Dövlət Agentliyi 33 ölkədən 332 müraciət qəbul edib. 243 nəfər bakalavr təhsili, 89 nəfər isə elmi tədqiqatlar üçün təqaüdə iddia edir.

Xatırladaq ki, Latviyanın bakalavr və magistr təhsili üçün ayırdığı təqaüd hər tələbə üçün ayda 500 avrodur. Doktorantlar üçün bu rəqəm 670 avro təşkil edir. Bu təqaüd proqramlarına Latviya ilə müvafiq dövlətlərarası razılaşmaya malik ölkələrin vətəndaşları müraciət edə bilərlər. Hazırda belə ölkələrin sayı 40-dır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.