DÜNYA


Latviyada tibb personalının sayı artırılmayacaq

Riqa, 22 oktyabr, AZƏRTAC 

Latviya hökuməti ölkədə tibb mütəxəssislərinin çatışmazlığına baxmayaraq yeni kadrların hazırlanması üçün 2020-ci il dövlət büdcəsindən əlavə maliyyə vəsaiti ayırmayıb.

AZƏRTAC xəbər verir ki, ölkədə ciddi olaraq tibb personalının, o cümlədən yüksək ixtisaslı kadrların çatışmazlığı bariz görünür. Lakin ölkə parlamenti 2020-ci ilin büdcəsini təsdiqləyərkən bu çatışmazlığın aradan qaldırılması üçün vəsait ayırmayıb və rəqəmləri cari ildəki kimi saxlayıb. Qərara alınıb ki, 2022-ci ilədək ölkənin ali təhsil müəssisələrində hər il 200 mütəxəssis rezidenturanı bitirəcək.

Latviya Həkimlər Assosiasiyasının rəhbəri İlze Aizsilniece bu məsələ ilə bağlı keçirdikləri toplantıda etiraz aksiyası planlaşdırdıqlarını deyib.

Qeyd edək ki, hazırda Latviyadakı tibb personalı yalnız Riqa və daha bir neçə böyük şəhərlərdə toplanıb, ucqar ərazilərdə isə tibbi xidmət yox dərəcəsindədir. Hökumət xaricdən gələn mütəxəssislərə ehtiyac olduğunu artıq dəfələrlə dilə gətirib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.