DÜNYA


Latviyada yeni dərs ilinin başlanması ilə bağlı tədbirlər epidemioloji qaydalarına riayət etməklə keçiriləcək

Riqa, 20 avqust, AZƏRTAC

Latviyanın paytaxtı Riqada hər bir məktəb yeni tədris ilinin başlanmasını epidemioloji qaydalara riayət etmək şərti ilə özünəməxsus şəkildə qeyd edə biləcək.

AZƏRTAC LETA agentliyinə istinadla xəbər verir ki, bu barədə Riqa Dumasının Təhsil, Mədəniyyət və İdman Departamentin məlumat yayıb.

Məlumatda bildirilir ki, Latviyada həm şagirdlərin sayına, həm də ərazisinin sahəsinə görə bir-birindən fərqlənən məktəblər mövcuddur. Bəzi məktəblərdə bir neçə sinif, bəzi məktəblərdə isə yalnız iki sinif paralel təhsil alır. Buna görə də hər məktəbdə şagird sayına uyğun olaraq sanitar-epidemioloji qaydalara riayət edilməsinə ciddi nəzarət etmək lazımdır.

Departament tədris prosesinin təşkilinin seçilmiş modelləri barədə məlumatı avqustun 24-də keçiriləcək mətbuat konfransında təqdim edəcək.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.