İQTİSADİYYAT


Latviyadan Azərbaycana məhsul ixracı azalıb

Riqa, 13 iyun, AZƏRTAC 

Aprel-may aylarında Latviyadan MDB ölkələrinə, o cümlədən Azərbaycana məhsul ixracında azalma müşahidə olunub. Belə ki, hesabat dövründə Latviyadan Azərbaycana məhsul ixracı 5,7 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, azalma məhz süd məhsullarının hesabına baş verib.

Qeyd edək ki, Azərbaycanda süd və süd məhsulları istehsalı artığı üçün xaricdən idxal azalıb. Hazırda ölkəmiz bu istiqamətdə ixracatçıya çevrilir.

Aprel-may aylarında Latviyadan ümumi ixracın səviyyəsi isə 2,9 faiz artıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.