DÜNYA


Latviyalı şahmatçı oyunlar zamanı fırıldaqçılıq etdiyinə görə turnirdən uzaqlaşdırılıb

Riqa, 14 iyul, AZƏRTAC 

Beynəlxalq Şahmat Federasiyası latviyalı şahmatçı İqor Rausisi oyunlar zamanı telefondan istifadə etdiyi üçün turnirdən uzaqlaşdırıb.

AZƏRTAC xəbər verir ki, federasiya tərəfindən sübutlar toplanılaraq Etika komitəsinə göndərilib. 58 yaşlı qrossmeyster uzun illərdir ki, müxtəlif beynəlxalq yarışlarda Latviya, Banqladeş və Çexiyanı təmsil edir.

FIDE-nin baş direktoru Emil Sutovski şəxsi Facebook səhifəsində yazıb ki, İqor Rausisin oyun zamanı hərəkətləri uzun müddətdir şübhə doğururdu. Bu qərar şahmat yarışlarında yaşanan və yaşana biləcək fırıldaqçılıqla mübarizədə ilk addım olub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.