İDMAN


Latviyalı turist: Bakı Avropa şəhərləri ilə müqayisədə çox rəngarəngdir

Bakı, 6 iyun, AZƏRTAC

Artıq dörd ildir oğlumla birlikdə velosiped idmanının BMX növü üzrə Avropada müxtəlif yarışlarda iştirak edirəm. Builki dünya çempionatının Bakıda yüksək səviyyədə təşkil olunması bu yarışa marağı daha da artırır. Diqqətimizi cəlb edən əsas məqamlardan biri də Bakıdakı BMX arenasının mükəmməl olmasıdır. Ümumiyyətlə, yarışın yüksək təşkilatçılığına söz ola bilməz.

Bu sözləri AZƏRTAC-a müsahibəsində BMX velosipedi üzrə dünya çempionatını izləmək üçün ölkəmizə gələn latviyalı azarkeş Edqars Reqzdins deyib.

Bakıda ilk dəfə olduğunu deyən latviyalı turist bildirib ki, Bakı Avropa şəhərləri ilə müqayisədə çox rəngarəngdir. Biz şəhəri ətraflı gəzdik, həm şəhərin mərkəzində, həm də şəhər kənarında olduq. Bakını çox bəyəndik. Paytaxt sakinləri çox mehriban və qonaqpərvərdirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.