Latviyalıların kredit borcları 1 milyard avronu ötüb
AzerTAg.az
Riqa, 19 fevral, AZƏRTAC
Latviya sakinlərinin kredit təşkilatlarına olan müddəti keçmiş borclarının məbləği 1,4 milyard avro təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Kreditinformacijas Birojs (KIB) kredit bürosu məlumat yayıb.
Bildirilib ki, aktiv kredit müqaviləsi olan sakinlərin sayı 692 mindir, bu müqavilələr üzrə öhdəliklərin ümumi məbləği 13 milyard avro təşkil edir. Latviya sakinlərinin müxtəlif xidmətlər üçün isə ödənilməyən hesabları 167,7 milyon avro təşkil edir.
Qeyd edilib ki, banka borcu olan sakinlərin böyük qismi 31-50 yaş qrupuna daxildir. Bu qrupa daxil olan şəxslərin 51 faizi kreditlərin, 48 faizi isə hesabların ödənişi üzrə gecikməyə yol verib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Xəbərin mətnində orfoqrafik səhv var