DÜNYA


Latviyanın 3 universiteti dünyanın ən yaxşı ali məktəbləri siyahısına düşüb

Riqa, 13 sentyabr, AZƏRTAC 

Latviyanın 3 universiteti dünyanın ən yaxşı ali məktəbləri siyahısına düşüb.

AZƏRTAC xəbər verir ki, Latviya Universiteti, Riqa Texniki Universiteti və Latviya Kənd Təsərrüfatı Universiteti 1000 ali təhsil ocağının reytinq cədvəlində yer alıb. Bunların içində ən yaxşı göstərici ilə Latviya Universiteti 801-ci pillədə qərarlaşıb.

Baltik ölkələrində fəaliyyət göstərən universitetlər arasında isə ən yaxşı göstəricini Estoniyanın Tartu Universiteti əldə edib. Bu universitet siyahıda 306-cı yerdədir.

Reytinqin onluğunda isə ilk 3 yeri müvafiq olaraq Oksford Universiteti, Kaliforniya Texnoloji Universiteti və Kembric Universiteti tutur.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.