DÜNYA


Latviyanın Adazi şəhərində NATO-nun “Şimal” çoxmillətli qərargahının açılışı olub

Riqa, 8 mart, AZƏRTAC

Latviyanın Adazi şəhərində NATO-nun “Şimal” çoxmillətli qərargahının açılışı olub. Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq qərargahın açılışında Latviyanın, Danimarkanın və Estoniyanın müdafiə nazirləri iştirak ediblər.

Latviyanın müdafiə naziri Artis Pabriks mərasimdə qeyd edib ki, bu qərargahın fəaliyyətə başlaması Latviya da daxil olmaqla bütün regionun təhlükəsizliyi üçün çox vacib hadisədir. Tarixdə ilk dəfə NATO-nun qərargahı Baltikyanı ölkədə yerləşəcək.

“Şimal” qərargahı döyüş qrupları da daxil olmaqla üzv ölkələrdən olan hərbçilərin birgə komandanlığı tərəfindən idarə ediləcək. Komandanlığın tərkibi Danimarka, Latviya və Estoniyadan olan hərbçilər arasından seçiləcək. Heyət daha sonra digər ölkələrdən olan əməkdaşlar hesabına genişləndirilə bilər.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.