Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Latviyanın Baş naziri: Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bundan sonra da mövqeyinə sadiq qalacaq

Bakı, 3 fevral, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfər çərçivəsində bu ölkənin Baş naziri Arturs Krişyanis Karinş ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətini salamlayan Baş nazir qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb. O, əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Latviyanın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini bildirən Baş nazir 15 il əvvəl iqtisadiyyat naziri kimi Azərbaycana səfər etdiyini xatırladıb. O, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu gün geniş iqtisadi potensiala malik olduğunu vurğulayıb. Arturs Krişyanis Karinş deyib ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, bundan sonra da mövqeyinə sadiq qalacağını qeyd edib.

Baş nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını, Avropanın enerji təhlükəsizliyinə töhfələrini, COVID-19 qlobal pandemiyasına qarşı mübarizədəki rolunu yüksək qiymətləndirib, iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib.

Səmimi qəbula və ölkəmiz haqqında xoş sözlərə görə təşəkkür edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın parlament sədri kimi Latviyaya ilk səfərindən məmnunluğunu bildirib və bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri Azərbaycan və Latviyanın dost və strateji tərəfdaş ölkələr olduğunu vurğulayıb, ölkəmizin ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib. S.Qafarova ölkələrimiz arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini söyləyib, xüsusilə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu deyib. Bu gün Azərbaycanda Latviya investisiyaları üçün yaxşı imkanların olduğunu bildirən Milli Məclisin sədri Azərbaycanda həyata keçirilən layihələr, o cümlədən Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə yaradılan yaşıl enerji zonası, sənaye, aqroparklar haqqında məlumat verib. Latviya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edib. Həmçinin hökumətlərarası komissiyanın fəaliyyətinin və biznes-forumların davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova Latviyanın Avropa İttifaqına üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında da məlumat verib.

Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər haqqında da danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu Qələbə sayəsində ərazilərini 30 illik erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına yerinə yetirib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat münaqişəyə son qoyub və 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. İndi Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan artıq Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. S.Qafarova deyib ki, Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyir. O, ümid etdiyini bildirib ki, Ermənistan regionda yeni reallığı dərk edəcək, sülh və sabitliyin bərqərar olması istiqamətində bizim yanaşmamızı dəstəkləyəcək.

Görüşdə Milli Məclisin sədri, həmçinin regionda nəqliyyat və yeni kommunikasiya imkanları haqqında məlumat verib, Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə danışıb.

Sonda tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali məktəb tələbələri arasında respublika olimpiadası qaliblərinin mükafatlandirilma mərasimi keçirilib

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib

Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib

Bir sıra ölkələrə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi ŞƏRH

Tanınmış boksçu diskvalifikasiya oluna bilər

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında olublar

Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın suverenliyini daha da möhkəmləndirdi ŞƏRH

Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətiriliblər

Qırğızıstanın nümayəndə heyəti Azərbaycandakı qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılıb

DİM: Apellyasiya Komissiyası tərəfindən 580 şagirdin yazı işinə düzəliş edilib

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır

“Qarabağ”ın qapıçısının “Spartak”a keçə bilməməsinin səbəbi açıqlanıb

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılıb

Avstraliyada geni redaktə edilmiş buğda təqdim edilib

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

İlahiyyat İnstitutunun “Ziyalılarla görüş” layihəsi davam edir

Azərbaycan ilə Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb VİDEO

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir ŞƏRH

Azərbaycan Tibb Universiteti ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək

Türkiyəyə dörd ay ərzində 12,6 milyondan çox insan səfər edib

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib

Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi

“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

® “ABB Naxçıvan” filialını da yeniləyib!

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir ŞƏRH

Hərbi Prokurorluq əməkdaşları Daxili Qoşunların Vətən Müharibəsi qəhrəmanları ilə birgə ağac əkiblər

İtkin düşmüş hesab olunan daha bir şəhidimiz dəfn edilib

Minifutbol turnirinə yekun vurulub

Sus kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB VİDEO

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib

Turizm və Menecment Universitetində “Ekoloji gələcək həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib

Çindən Avropaya Xəzər dənizi üzərindən sınaq avtomobil daşımaları həyata keçirilib

Mütəxəssis: Havanın qeyri-sabit keçməsi ipəkqurdunun barama sarıma dövrünü bir neçə gün uzadacaq

Katiblik rəhbəri: Kommunal xidmətlərə qoşulmada əlçatanlığın təmin olması çox vacibdir

Ədəbiyyat Muzeyində “Yaşa, yaşa, çox yaşa!” adlı ədəbi-musiqili tədbir keçirilib

Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb

Qazax rayonunun dörd kəndinin azad olunması Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir RƏY

Azərbaycan Şahmat Federasiyasının növbəti konfransı keçirilib

Səhiyyə Nazirliyi Müstəqillik Günü ilə bağlı Şəkidə “İlk tibbi yardım - ikinci həyata addım” adlı fləş-mob keçirib

Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan-Tacikistan nümunəsi ŞƏRH

“Barselona” Xavi Ernandeslə yollarını ayırıb

Sərvər Bəşirli: “Vəfa mükafatı” verilərkən qardaş ölkənin nümayəndəsi kimi təqdim ediləndə çox həyəcanlandım VİDEO

“Qoca Şərqin ilk Cümhuriyyəti” - elmi konfrans

Qazaxıstan Prezidenti Astananın Azərbaycan ilə Ermənistan arasında sülh prosesində rolundan danışıb

Bir qarış torpağın Ermənistana güzəştə gedilməməsi Prezident İlham Əliyevin prinsipial qələbəsidir ŞƏRH

İ.D.Abasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şəmkirdə ərzaq satışı mağazasında nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələrin və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qazax rayonunun azad olunan dörd kəndində Azərbaycan Bayrağı ucaldılıb VİDEO

AQTA Zaqatalada baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticələrini açıqlayıb

AİB İndoneziya üçün 500 milyon dollarlıq krediti təsdiqləyib

Çində ruhi xəstə bıçaqla 8 nəfəri öldürüb

Azərbaycanın sərbəst güləşçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar

Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti BDU-da

Azərbaycan və İtaliyanın baş prokurorları əməkdaşlığın inkişafı haqqında Anlaşma Memorandumu imzalayıblar

Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub

Orhan Aydın: Türk dövlətləri ortaq “Turan” brendi ilə məhsul ixrac edə bilər

Süni intellektlə feyk yaratmaq asanlaşıb - Xəbər agentliklərinin nümayəndələri Lissabonda müzakirələr aparıblar VİDEO

Türkiyəli nazir: Nəqliyyat və ticarət sahələrində qlobal əməkdaşlığa hazırıq

Ali Məclisin plenar iclasında 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələr davam edir

Çində Si Cinpinin siyasi fəlsəfəsindən bəhs edən “Chat Xi PT” təqdim edilib

Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov Göyçayda torpağa tapşırılıb

“Azərbaycan dünyası” beynəlxalq jurnalının növbəti sayı Naxçıvanın 100 illiyinə həsr olunacaq

Bakıda “İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” keçirilib

Viktor Orban: Macarıstan NATO-da öz rolunu yenidən qiymətləndirir

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başa çatıb

Hanoyda baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb

Yalçın Rəfiyev: Azərbaycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irəliləməkdir

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub

Muxtar Babayev: Ümidvarıq, bütün ölkələr COP29 ilə bağlı anlayış və həmrəylik göstərəcək

BMU-da Azərbaycanın nəqliyyat sistemi ilə bağlı elmi-praktik konfrans keçirilir

Yaponiya Rusiyanın 9 şirkətinə sanksiya tətbiq edəcək

Bu il dövlət qeydiyyatına alınan mülkiyyət hüququnun 75 faizi bölgələrin payına düşüb

Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı iclas keçirilib

Səhiyyə Nazirliyi elektron reseptlərlə bağlı əhaliyə müraciət edib

Ankarada türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması ilə bağlı bəyannamə imzalanıb

Azərbaycan və Türkiyənin rəqabət orqanları arasında birgə fəaliyyət proqramı təsdiq ediləcək

DSMF-nin gəlirlərindən əhaliyə ödənişlər üzrə məbləğ artırılır