İQTİSADİYYAT


Latviyanın Liepaya Dəniz Kollecinin nümayəndələri Dövlət Dəniz Akademiyasında olub

Bakı, 24 may, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Latviyanın Liepaya Dəniz Kollecinin nümayəndələri ilə görüş keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı təhsil müəssisələri arasında 2021-2027-ci illəri əhatə edən ERASMUS+ proqramının icrasının gedişatı ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa, qonaqlara ADDA-da tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində müasir standartlara cavab verən tədris prosesi qurulub. Yüksəkixtisaslı dənizçi mütəxəssislər hazırlamaq üçün akademiya özünün maddi-texniki potensialını daim modernləşdirir, auditoriya, laboratoriyalarını ən müasir texniki-təlim vasitələri ilə zənginləşdirir.

Səfər çərçivəsində Kollecin mütəxəssisləri ADDA-nın maddi-texniki bazası ilə yanaşı, tələbələrin ixtiyarına verilmiş “General Əsədov” tədris gəmisi ilə də yaxından tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.