İQTİSADİYYAT


Latviyanın Liepaya aeroportu yenidən qurulacaq

Riqa, 11 aprel, AZƏRTAC 

Latviyanın Liepaya aeroportu yenidən qurulacaq.

AZƏRTAC xəbər verir ki, yeniləmə işləri Bakı və Riqa aeroportlarının layihələrini hazırlayaraq həyata keçirən “UPB” Səhmdar Cəmiyyətinə tapşırılıb.

Hələlik işlər hazırlıq mərhələsindədir. Layihəyə əsasən, aeroportun su təchizatı, kanalizasiya, istilik, elektrik sistemləri, keçid dəhlizləri, 200 nəfərlik sərnişin terminalı yenidən qurulacaq. Burada, həmçinin ölkənin aviaşirkəti olan “AirBaltic”in təyyarələri üçün yeni anqarların tikilməsi də nəzərdə tutulur.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.