MƏDƏNİYYƏT


Latviyanın Milli Operasında keçirilən konsertdə azərbaycanlı Ülvi Əzizov da çıxış edib

Riqa, 17 aprel, AZƏRTAC 

Aprelin 15-də Riqa şəhərində yerləşən Latviyanın Milli Operasında “Etol Qala Balet” konsertində klassik balet inciləri eləcə də, müasir xoreoqrafiyanın nümunələri dünyanın məşhur baletmeysterləri tərəfindən ifa olunub.

AZƏRTAC xəbər verir ki, Paris Operası, Danimarkanın Kral Baleti, Belçikanın Kral Baleti və Praqanın Milli Baletindən olan dünyanın istedadlı balet ulduzları ilə yanaşı ifa edən həmyerlimiz Ülvi Əzizov tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb.

“Worldstars” şirkəti tərəfindən reallaşdırılan “Etoile Ballet Gala” layihəsinin ideya müəllifi və bədii rəhbəri Olqa Əzizovadır. Hazırda “Etoile Ballet Gala” layihəsi Latviya, İsveç və Norveçdə təşkil olunur.

Qala-konsertdə “Şelkunçik”, “Jizel”, “Esmeralda”, “Yatmış Gözəl”, “Bayadera” və digər baletlərdən səhnələr təqdim olunub.

Həmyerlimiz Ülvi Əzizov “Balet incəsənətinin inkişafına töhfə və yüksək peşəkar ustalığa görə” Rudolf Nuriyev adına 16-cı Beynəlxalq balet festivalı mükafatının, həmçinin Budapeştdə dünya baleti ulduzlarının 18-ci beynəlxalq qala-konsertinin xüsusi mükafatının sahibidir. Onun Paris, Nitsa, Marsel, Budapeşt, Oslo və digər şəhərlərdə çıxışları tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Ülvi Əzizov Avropanın ən nüfuzlu səhnələrində təmsil edən Azərbaycan baletinin parlaq nümayəndəsidir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.