CƏMİYYƏT


Latviyanın Preyli şəhər dumasının üzvləri Qaradağ rayonunun gəncləri ilə görüşüblər

Bakı, 24 noyabr, AZƏRTAC

Qaradağ rayonunda səfərdə olan Latviya Respublikasının Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti istedadlı gənclərin aşkara çıxarılması və onların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılmış şəraitlə yaxından tanış olmaq məqsədilə Sahil qəsəbəsində yerləşən Gənclər evində olublar.

AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov görüşdə gənclər sahəsində işin ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib. Qeyd edib ki, gənclərin inkişafı, onların potensialının üzə çıxarılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən mütəmadi qaydada Dövlət Proqramları təsdiq olunur. 2017-2021-ci illəri əhatə edən sonuncu proqramda ölkə gənclərinin bütün sahələrdə səmərəli fəaliyyəti, onların inkişafı üçün ən mühüm məqamlar əksini tapıb. Diqqətə çatdırılıb ki, Qaradağ rayonunda Gənclər evinin fəaliyyətə başlaması bu sahəyə yüksək qayğının növbəti göstəricisidir.

Nümayəndə heyəti Gənclər evində sərgi və fotostendlərə, lazımi avadanlıqla təchiz olunmuş otaqlara, yeniyetmə və gənclərin əl işlərinə baxıb, klub və dərnəklərin fəaliyyəti ilə tanış olublar.

İngilis dilində keçirilən “Nə? Harada? Nə zaman?” oyununun iştirakçıları ilə tanışlıqdan sonra görüş rusdilli məktəblilərlə elektron kitabxanada davam edib.

Qonaqlar Qaradağ rayonundakı Gənclər evində yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.