İDMAN


Latviyanın RFS klubu Azərbaycanda oynamış futbolçunu transfer edib

Riqa, 26 iyun, AZƏRTAC 

Latviyanın RFS futbol klubu əvvəllər Azərbaycan Topaz Premyer Liqasında çıxış edən “Keşlə” klubunun müdafiəçisi Edvinas Qrindvaynı transfer edib.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı litvalı müdafiəçi futbol karyerasına ölkəsinin “Ekranas” komandasında başlayıb. Müəyyən dövrlərdə İspaniya, Polşa, Rusiya və İsrail komandalarının heyətlərində oynayan futbolçunun sonuncu iş yeri Azərbaycanın “Keşlə” komandası olub.

Latviyanın yüksək liqasında çıxış edən RFS hazırda reytinq cədvəlində ikinci pillədədir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.