İQTİSADİYYAT
Latviyanın Valka şəhərinin rəhbərliyi azərbaycanlı iş adamları ilə görüşüb
Valka, 9 may, AZƏRTAC
Latviyanın Valka şəhər bələdiyyəsinin sədri Vents Armands Krauklis azərbaycanlı iş adamları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, şəhər bələdiyyəsinin sədri ölkəmizdən olan qonaqları regiondakı iş imkanları ilə tanış edib.
Mer deyib ki, sözügedən görüş Azərbaycan ilə Latviya arasında iqtisadi əlaqələrin inkişafına dəstək olmaqla yanaşı, Azərbaycan brendinin Avropa bazarlarına çıxışının artırılmasına da şərait yaradacaq. Həmçinin Valkada istehsal olunan məhsullar da Azərbaycan bazarına ixrac olunacaq.
Azərbaycanlı iş adamları səfər çərçivəsində real tərəfdaşlarla görüşərək gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Valka
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]