DÜNYA


Latviyanın dövlət büdcəsi təsdiq üçün Seymə göndərilib

Riqa, 14 mart, AZƏRTAC 

Martın 14-də Latviya hökuməti 2019-cu il büdcəsini təsdiq üçün Seymə göndərib.

AZƏRTAC xəbər verir ki, Seymə büdcə layihəsindən başqa daha 15 sənəd göndərilib. Büdcənin ən gec aprelin 4-də təsdiq olunacağı gözlənilir.

Bu ilin büdcəsində daxilolmalar 9,2 milyard avro, xərclər isə 9,4 milyard avro nəzərdə tutulub. Büdcədən 87,5 milyon avro tibb, 8,9 milyon avro isə hakimlər və məhkəmə orqanları əməkdaşlarının əməkhaqlarının artırılması üçün nəzərdə tutulub. 3 milyon avro kütləvi informasiya vasitələrinin və ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsinə yönəldiləcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.