MƏDƏNİYYƏT


Latviyanın turizm saytı Azərbaycandakı Nar festivalından yazır

Riqa, 6 noyabr, AZƏRTAC

Latviyanın “travelnews.lv” turizm saytında noyabrda qeyd olunan bayramlar sırasında dünyanın bir sıra xalqlarının maraqlı adət və ənənələri yer alıb.

AZƏRTAC xəbər verir ki, bunların içərisində Azərbaycanda keçirilən Nar festivalı da var.

Məqalədə bildirilir ki, son illərdə qeyd olunmağa başlayan Nar festivalı ölkədə narın toplanması dövrünə təsadüf edir. Festival çərçivəsində ölkənin müxtəlif regionlarında yetişdirilən, fərqli dad və ölçülərə məxsus narlar nümayiş olunur. Turistlərin də həvəslə iştirak etdiyi bu festival zamanı konsertlər, müsabiqələr keçirilir, atəşfəşanlıq təşkil olunur, nardan hazırlanmış mürəbbələr, şirələr və delikateslərin dadına baxılır.

Yazıda nar barədə də məlumat verilir. Qeyd olunur ki, Azərbaycanda “meyvələrin şahı” adlandırılan narın bir ədədinin çəkisi 1.5 kiloqrama qədər ola bilər. Nar şirəsi müxtəlif xəstəliklərin müalicəsində də tətbiq olunur.

Məqalədə digər xalqların da maraqlı bayramlarının adı çəkilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.