DÜNYA


Latviyaya gəlməyin yeni qaydaları

Bakı, 4 fevral, AZƏRTAC

Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra bu ölkədən Latviyaya hava və dəniz nəqliyyatı ilə gələnlər qiyməti 430 avrodan çox olan mallara görə vergi ödəyəcəklər.

AZƏRTAC Latviyanın LETA agentliyinə istinadla xəbər verir ki, bu barədə Latviya Dövlət Gəlirləri Xidmətinin gömrük eksperti İrena Knoka fevralın 4-də jurnalistlər üçün seminarda məlumat verib.

Latviyaya gələnlər sərhədi keçən zaman məbləği 10 min avrodan çox olan nağd pulları barədə məlumat verməlidirlər.

Əgər şəxs ölkəyə hava və dəniz nəqliyyatı ilə gəlirsə, ümumi dəyəri 430 avrodan çox olmayan mallara görə əlavə dəyər vergisi və gömrük vergisi ödəməyəcək.

Təyyarədə 200-dək siqaret, 100-dək siqarilla, 50-dək siqar və ya 250 qramadək tütün, bir litr alkoqollu içki və ya tündlüyü 22 faiz olan iki litr içki (o cümlədən köpüklənən şərablar), dörd litr şərab, 16 litr pivə daşımaq olar.

İrena Knoka vurğulayıb ki, Aİ Brexitdən sonra Böyük Britaniyanın da aid ediləcəyi üçüncü ölkələrdən ət, ət məhsulları, süd və süd məhsulları gətirilməsini qadağan edir. Bu, tərkibində ət və süd məhsulları olan heyvanlar üçün yemlərə də aiddir. Qadağa körpə yeməklərinə şamil olunmur.

Böyük Britaniya martın 29-da Aİ-dən çıxmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.