DÜNYA


Latviyaya təhsil almaq adı ilə gələn şəxslər nəzarətdə saxlanılacaq

Riqa, 22 sentyabr, AZƏRTAC

Latviya ali təhsil müəssisələri bu tədris ilindən etibarən tələbə adı ilə viza alıb ölkəyə gələn gəncləri ciddi nəzarətdə saxlayacaq.

AZƏRTAC xəbər verir ki, üçüncü ölkələrdən Latviyaya oxumaq adı ilə gəlmiş şəxslərin ən azı üçdə biri təhsil aldıqları universitetlərə bir dəfə də olsun getməyiblər. Xüsusən Hindistandan gələn tələbələr bu mənada çoxluq təşkil edir. Məhz bu səbəbdən universitetlər balanslarındakı xarici tələbələrin intizamını xüsusi yoxlayacaq. Onlar üçün xüsusi dil kursları yaradılacaq və orada iştirak da məcburi olacaq.

Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri üzrə Baş İdarəsi artıq bu istiqamətdə fəaliyyətə başlayıb və ümumilikdə verilmiş 1111 vizadan 674-ü ləğv olunub.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.