İDMAN


Laudrup “Real Madrid”in baş məşqçisi vəzifəsindən imtina edib

Bakı, 31 oktyabr, AZƏRTAC

“Real Madrid” klubunun rəhbərliyi “Barselona” ilə matçda ağır məğlubiyyətdən (1:5) sonra baş məşqçi Xulen Lopeteqini istefaya göndərib.

AZƏRTAC “Gazeta.ru”ya istinadla xəbər verir ki, danimarkalı mütəxəssis Mikael Laudrup “Real Madrid” klubunun baş məşqçisi vəzifəsi təklifini qəbul etməyib. Laudrupa yaxın şəxslərdən birinin ispan qəzetinə verdiyi məlumata görə, danimarkalı mütəxəssis hələlik heç bir planı dəyişməyi nəzərdə tutmayıb. O, “Real”dakı vəziyyəti “dağıdıcı” hesab edir.

Qeyd edək ki, Madrid klubu 10 turdan sonra İspaniya çempionatında doqquzuncu yeri tutur.

M.Laudrup 2016-cı ildən Qətərin "Əl-Rayyan" futbol klubuna rəhbərlik edir. 1994-1996-cı illərdə “Real Madrid”in baş məşqçisi olan çalışdırıcının rəhbərliyi ilə klub İspaniya çempionu olub. O, 2008-2009-cu illərdə Moskvanın “Spartak” klubuna rəhbərlik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.