MƏDƏNİYYƏT


Layihə çərçivəsində gənc rəssam və heykəltəraşların əsərlərinin satış-sərgisi təşkil olunub

Bakı, 31 iyul (AZƏRTAC). Azad Gənclər İctimai Birliyi (AGİB) tərəfindən iyul ayında “Azərbaycan incəsənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması” layihəsini həyata keçirilib.

AGİB-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən layihənin məqsədi regionlarda təsviri sənətin və heykəltəraşlığın təbliği, gənc nəslin bu sahəyə marağının artırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də gənclərin ölkəmizin təbliğ olunmasında yaxından iştirakına şərait yaratmaqdır. Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və Ağdaş rayonunda həyata keçirilən layihədə bu bölgələrin hər birindən 20 nəfər cəlb olunmaqla ümumilikdə 80 gənc rəssam və heykəltəraş iştirak edib.

Layihə çərçivəsində gənc rəssamların və heykəltəraşların əsərlərinin tanıdılması və satışı məqsədilə sərgi-yarmarkalar da təşkil olunub. Məqsəd regionlarda belə sərgi-yarmarkaların təşkili ənənəsinin formalaşdırılmasına töhfə vermək, ölkəmizin təsviri sənətinin yerli və xarici turistlərə tanıdılmasını və təbliğini daha da gücləndirməkdir.

Layihə çərçivəsində, həmçinin gənc rəssam və heykəltəraşlar üçün ikigünlük treninq təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.