Layihə menecerləri üçün təlim kursunun üçüncü günü yekunlaşıb
AzerTAg.az
Bakı, 28 iyun, AZƏRTAC
Layihə menecerləri üçün təlim kursunun üçüncü günü yekunlaşıb.
AZƏRTAC Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) saytına istinadla xəbər verir ki, proqram çərçivəsində ilk sessiya Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə keçirilib.
“Liderlik: effektiv idarəetmə və komanda işi” mövzusu ətrafında geniş müzakirə aparılıb və ünvanlanan suallar cavablandırılıb.
Sonra “Layihələrin idarəedilməsi zamanı qarşılaşdığımız maneələr və həll yolları” mövzusunda müzakirə sessiyası keçirilib.
Günün ikinci yarısı Mingəçevir Gənclər Evinə infotur edilərək fəaliyyətlər davam etdirilib.
“Büdcə və hesabatlılıq” mövzusunda ARGTMŞ-nin Baş katibi Ramin Həbibzadənin təqdimatında təlim və qrup işlərinin təqdimatından sonra proqram yekunlaşıb.
Qeyd olunub ki, 40-dan çox gənclər təşkilatının layihələr üzrə menecerlərinin iştirak etdiyi proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ARGTMŞ tərəfindən həyata keçirilir.









Xəbərin mətnində orfoqrafik səhv var