SİYASƏT


“Le Figaro”: Azərbaycanın Tərtər şəhəri Ermənistan tərəfindən atəşə tutularaq dağıdılır

Paris, 22 oktyabr, AZƏRTAC

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yaxınlığında yerləşən və 24 min nəfər əhalisi olan Tərtər şəhəri bir neçə həftədir Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və raket atəşinə tutularaq dağıdılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti dərc olunan “Erməni mərmiləri nəticəsində dağıdılmış Tərtərdə” sərlövhəli məqalədə bildirilib. Qəzet bütöv bir səhifəni Tərtərin erməni silahlı qüvvələri tərəfindən dağıdılması barədə yazılara həsr edib.

Nəşrdə Tərtər şəhərində dinc əhalinin ermənilər tərəfindən top atəşinə tutulması, mülki evlərin dağıdılması müfəssəl şəkildə təsvir edilib.

Qəzet azərbaycanlı hərbi ekspert Heydər Mirzənin müsahibəsinə də yer ayırıb. Hərbi ekspert deyib ki, Azərbaycan Ordusunun irəliləməsinə və artan üstünlüyünə mane olmaq üçün Yerevan xarici müdaxiləyə ümid edir.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.