DÜNYA
“Le Figaro” Dünya Bankının “Doing Business 2019” hesabatı üzrə ölkələrin reytinqini təhlil edib
Paris, 4 noyabr, AZƏRTAC
Fransanın “Le Figaro” qəzeti Dünya Bankının “Doing Business 2019” hesabatı üzrə ölkələrin reytinqini təhlil edib.
AZƏRTAC xəbər verir ki, qəzet hesabatda Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci, Rusiyanın 4 pillə irəliləyərək 31-ci, Türkiyənin 17 pillə irəliləyərək 43-cü yerə yüksəldiklərini, Fransanın isə bir pillə geriləyərək hətta Ruandadan sonra qərarlaşdığını (32-ci yer) yazır. Bildirilir ki, Ruandada iş qurmaq artıq Fransadakından daha asandır. Fransada son illərdə aparılan islahatların hələ də müsbət nəticə vermədiyi qeyd olunur. Vurğulanır ki, ölkə iqtisadiyyatının fəaliyyətini stimullaşdırmaq məqsədilə aparılan islahatlar hələ də öz bəhrəsini verməyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris