İDMAN


“Le Tour de Bretagne” veloyarışının dördüncü mərhələsi “Synergy Baku” üçün uğurlu olub VİDEO

“Le Tour de Bretagne” veloyarışının dördüncü mərhələsi “Synergy Baku” üçün uğurlu olub   VİDEO

Bakı, 29 aprel, AZƏRTAC

Fransada təşkil olunan 7 mərhələli “Le Tour de Bretagne” yarışının 190 kilometrlik IV mərhələsi “Synergy Baku” velosiped komandası üçün uğurlu olub. Belə ki, komandanın üzvü Yannis Tamuridis məsafəni 4 saat 16 dəqiqə 25 saniyəyə başa vurub və bununla da finiş xəttini ikinci keçib.

AZƏRTAC xəbər verir ki, digər velosipedçilərimizə gəlincə, Dennis van Vinden 9-cu, Maksim Averin isə 12-ci olub. Xatırladaq ki, “Le Tour de Bretagne”ın II mərhələsi “Synergy Baku”nun digər üzvü Matey Müqerlinin qələbəsilə başa çatmışdı.

Dördüncü mərhələdəki uğurlu çıxışı Yannis Tamuridisə ümumi təsnifatda 8-ci pilləyə yüksəlməyə imkan verib. İndi o, liderdən cəmi 23 saniyə geri qalır. Komanda hesabında isə “Synergy Baku” 22 kollektiv arasında 3-cü yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.