SİYASƏT
“Lead Pakistan” qəzetində Dağlıq Qarabağ münaqişəsi və Roma Papasının Azərbaycana səfəri ilə bağlı məqalə dərc edilib
İslamabad, 9 oktyabr, AZƏRTAC
Pakistanın “Lead Pakistan” qəzetində tanınmış jurnalist Mahmud ul-Həsən Xanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Roma Papası Fransiskin Azərbaycana səfəri ilə bağlı məqaləsi dərc edilib.
Məqalədə deyilir ki, Dağlıq Qarabağ MDB məkanında və Qafqaz bölgəsində əsl gərginlik mənbəyidir. Bu torpaqların həqiqi sahibi olan azərbaycanlılar öz yurdlarından zorla qovulublar.
Həmçinin məqalədə qeyd olunur ki, Roma Papası Fransisk Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşüb. Görüşdə Azərbaycan Prezidenti deyib: “Səfəriniz həm Vatikan–Azərbaycan əlaqələri, eyni zamanda, sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, sülh, mehribanlıq şəraitində yaşayır”.
Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər. Prezident İlham Əliyev Azərbaycanda məscidlərin və kilsələrin bərpa edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımı haqında da söhbət açılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad