İQTİSADİYYAT


Ləğv prosesində olan 13 bankın əmanətçilərinə 824,3 milyon manat kompensasiya ödənilib

Bakı, 10 yanvar, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu 2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə bu il yanvarın 1-dək 824,3 milyon manat kompensasiya ödəyib ki, bu, ümumi kompensasiya öhdəliyinin 99 faizini təşkil edir.

Fonddan AZƏRTAC-a bildiriblər ki, ləğv prosesində olan "Royalbank" ASC-nin qorunan əmanətçilərinə 13,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 89 faizi həcmində), "Yunayted Kredit Bank" ASC-nin əmanətçilərə ümumilikdə 1,8 milyon manat (88 faiz), "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə 24,2 milyon manat (97 faiz), "Gəncəbank" ASC-nin əmanətçilərinə 0,98 min manat (94 faiz), "Texnikabank" ASC-nin əmanətçilərinə 120,4 milyon manat (98 faiz), "Parabank" ASC-nin əmanətçilərinə 43,2 milyon manatdan artıq (98 faiz) kompensasiya ödənilib.

Hesabat dövründə, həmçinin ləğv prosesində olan "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 72,5 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99 faizi) kompensasiya, "Kredobank" ASC-nin əmanətçilərinə 27,9 milyon manat (99,6 faiz), "Dekabank" ASC-nin əmanətçilərinə 3,1 milyon manat (99 faiz), "Atrabank" ASC-nin əmanətçilərinə 14,4 milyon manat (98 faiz), "Qafqaz İnkişaf Bankı" ASC-nin əmanətçilərinə 2 milyon manat (96 faiz), "Bank Standard" KB-nın əmanətçilərinə 438,6 milyon manat (99 faiz), "Dəmirbank" ASC-nin əmanətçilərinə 61,98 milyon manat (98 faiz) kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.