İQTİSADİYYAT


Ləğv prosesində olan banklarda fiziki şəxslərin 17 min manatadək kreditor tələbinin ödənilməsinə başlanacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

Ləğv prosesində olan “Atrabank” ASC, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 min manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapital Bank” ASC vasitəsilə oktyabrın 16-dan başlanacaq. Fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı “Kapital Bank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.