İQTİSADİYYAT


“Ləhiş bağları”ndakı yeni massivə təbii qaz verilib

Bakı, 29 yanvar, AZƏRTAC

Sabunçu rayonunun Maştağa qəsəbəsinin “Ləhiş bağları” adlandırılan ərazidəki yeni massivə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, 147 fərdi yaşayış evinin qazlaşdırılmasına ötən ilin sentyabr ayında başlanılıb. Bu işlərin icrası üçün ümumi uzunluğu 10 min metrədək müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Qeyd edək ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında icra olunur. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 17-də qaz açılışları baş tutub, digər 5 massivdə tamamlanma işləri aparılır və yaz aylarına qədər “mavi yanacağın” verilişi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.