CƏMİYYƏT


Leninogorskda yaşayan azərbaycanlılar Azərbaycanın müstəqilliyinin bərpası Günü münasibətilə tədbir keçiriblər

Bakı, 18 oktyabr, AZƏRTAC

Tatarıstan Respublikasının Leninoqorsk şəhərində yaşayan azərbaycanlılar Azərbaycanın müstəqilliyinin bərpası Günü münasibətilə təntənəli tədbir keçiriblər.

“Tatarıstan” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Himninin səslənməsi ilə başlayıb, ondan sonra Vətən müharibəsində qəhrəmancasına vuruşan şəhid əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Müstəqillik illəri ərzində Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara imza atıb və bu gün də bu inkişaf müxtəlif sektorlarda davam edir. Bundan əlavə, Azərbaycan Respublikası dünyanın bir çox ölkələri ilə dövlətlərarası və strateji tərəfdaşlıq əlaqələrini genişləndirir və möhkəmləndirir”, - deyə "Birlik" Tatarıstan Respublikası Leninoqorsk şəhəri və Leninoqorsk vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyətinin yerli ictimai təşkilatının sədri Ramiz Məmmədov bildirib.

Diasporanın ən gənc nümayəndələri də tədbirdə fəal iştirak ediblər – onlar Azərbaycan haqqında şeirlər oxuyublar. Çoxlarının Rusiyada doğulub yaşamalarına baxmayaraq, valideynlərinin düzgün tərbiyəsi sayəsində onlar Azərbaycan xalqının ənənələrini qoruyub saxlayır və tarixinə yaxşı bələddirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.