REGİONLAR
Lənkəran Aqrar-Texnoloji Kollecində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılıb
Lənkəran, 8 yanvar, Bağır Əliyev, AZƏRTAC
Təhsil Nazirliyinin əmrinə müvafiq olaraq Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecdə əyani formada 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 09:00-da başlayır və 11:30-da başa çatır.
İmtahan nəticələrinin kollecin rəsmi saytında (www.ldhk.edu.az) operativ yerləşdirilməsi təmin ediləcək.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədilə Operativ Qərargah yaradılıb.
Qeyd edək ki, kollecdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə tədris qrupları üçün fevralın 3-dək, qiyabi təhsilalma forması üzrə tədris qrupları üçün isə yanvarın 14-dək keçiriləcək.